Nyu-Yorkda Novruz bayramı qeyd edildi - FOTO

Nyu-Yorkda Novruz bayramı qeyd edildi - FOTO

Hazırda oxunan: Nyu-Yorkda Novruz bayramı qeyd edildi - FOTO
126782
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

ABŞ-nin Nyu-York şəhərində fəaliyyət göstərən “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzində Novruz bayramına həsr olunan tədbir keçirilib.

Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya bildirilib ki, tədbirdə Nyu-Yorkda yaşayan özbək, tacik, Pakistan, İran, yəhudi, Ukrayna, Belarus, Latın Amerikası və digər icmalardan olan ailələr iştirak ediblər.

Mərkəzin rəhbəri Alyona Bədəlova bayram münasibətilə soydaşlarımızı və qonaqları təbrik edib, Novruz bayramının tarixindən, adət-ənənələrindən, Azərbaycanda dövlət səviyyəsində geniş şəkildə qeyd olunmasından danışıb.
Tədbir zamanı uşaqlar rəmzi tonqalın üzərindən atılıb, yumurtanın boyanması qaydası ilə tanış olub, Novruza xas əyləncəli oyunlarda iştirak ediblər. Uşaqlara Novruz şirniyyatları, valideynlərə isə Azərbaycanın milli mətbəxi haqqında kitablar hədiyyə edilib.

Tədbirin bədii hissəsində Mərkəzin şagirdləri Azərbaycan rəqslərini təqdim ediblər.

Bayram şənliyi valideynlərin, uşaqların və qonaqların böyük həvəslə qoşulduqları “Yallı” milli rəqsinin ifası ilə başa çatıb.

Qeyd edək ki, “My Way” Uşaq-Gənclər Yaradıcılıq İnkişaf Mərkəzi 10 ildir Nyu-Yorkda fəaliyyət göstərir. Mərkəzin müxtəlif layihələri əsasında Azərbaycanın məşhur futbolçusu Anatoli Banişevski adına futbol turniri, uşaqlar üçün Novruz şənliyi, “İpək Yolu” festivalı, “Azərbaycana məhəbbətlə” rəsm sərgisi, ABŞ-dəki müxtəlif icmalar üçün Azərbaycan rəqsləri üzrə ustad dərsləri və seminarlar təşkil edilir.
Hər il konsertlərdə, festivallarda və müsabiqələrdə fəal iştirak edən Mərkəz Azərbaycan mədəniyyətini və incəsənətini ABŞ-də təbliğ etmək, habelə ənənələri qorumaq, digər icmaların diqqətini Azərbaycanın parlaq mədəni irsinə cəlb etmək məqsədinə xidmət edir.

Nyu-Yorkda Novruz bayramı qeyd edildi - FOTO - foto 1
Nyu-Yorkda Novruz bayramı qeyd edildi - FOTO - foto 2
Nyu-Yorkda Novruz bayramı qeyd edildi - FOTO - foto 3
Nyu-Yorkda Novruz bayramı qeyd edildi - FOTO - foto 4
Nyu-Yorkda Novruz bayramı qeyd edildi - FOTO - foto 5
Nyu-Yorkda Novruz bayramı qeyd edildi - FOTO - foto 6

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO