SENSASİYA: Niderlandlı geoloq 3 gün əvvəl Türkiyədə zəlzələ olacağını deyib – FOTO

SENSASİYA: Niderlandlı geoloq 3 gün əvvəl Türkiyədə zəlzələ olacağını deyib – FOTO

Hazırda oxunan: SENSASİYA: Niderlandlı geoloq 3 gün əvvəl Türkiyədə zəlzələ olacağını deyib – FOTO
118712
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Niderlandlı geoloq Frank Hoogerbeets 3 gün əvvəl (fevralın 3-də) Türkiyədə güclü zəlzələ olacağını proqnozlaşdırıb. Hətta o, zəlzələnin gücünü də dəqiq müəyyənləşdirib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiya xarici mətbuatda yer alıb.

Geoloq Tvitter hesabında bu sözləri yazıb:

“Gec-tez bu regionda (Cənubi, Mərkəzi Türkiyə, İordaniya, Suriya və Livan) təxminən 7,5 bal gücündə zəlzələ olacaq”.

Türkiyədən gələn zəlzələ xəbərindən sonra alimə peyğəmbər adı verilməyə başlayıb. Üstəlik, o, 2015-ci ildə Nepalda dağıdıcı zəlzələ olacağını da demişdi. O zaman 8000-dən çox insan vəfat etmişdi.

Niderlandlı tədqiqatçı Türkiyə zəlzələsindən sonra ürəkağrısı ilə bu fikirləri qeydə alıb:

"Ürəyim Türkiyənin mərkəzi hissəsində baş vermiş güclü zəlzələdən zərər çəkənlərin hamısının yanındadır. Əvvəllər dediyim kimi, gec-tez bu bölgədə də 115 və 526-cı illərdə olduğu kimi zəlzələ baş verəcəkdi. Bu zəlzələlərdən əvvəl həmişə kritik planet həndəsəsi olur.  4-5 fevralda da belə olub”.

SENSASİYA: Niderlandlı geoloq 3 gün əvvəl Türkiyədə zəlzələ olacağını deyib – FOTO - foto 1
SENSASİYA: Niderlandlı geoloq 3 gün əvvəl Türkiyədə zəlzələ olacağını deyib – FOTO - foto 2
SENSASİYA: Niderlandlı geoloq 3 gün əvvəl Türkiyədə zəlzələ olacağını deyib – FOTO - foto 3

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO