Dövlət Departamentinin Azərbaycan-Ermənistan müzakirələri ilə bağlı SON AÇIQLAMASI

Dövlət Departamentinin Azərbaycan-Ermənistan müzakirələri ilə bağlı SON AÇIQLAMASI

Hazırda oxunan: Dövlət Departamentinin Azərbaycan-Ermənistan müzakirələri ilə bağlı SON AÇIQLAMASI
116540
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edirik".

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Ned Prays keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Vaşinqton davamlı sülhə nail olunması üçün həm üçtərəfli, həm də çoxtərəfli formatlarda iştirakını davam etdirir:

“Biz Ermənistan və Azərbaycanla birbaşa müzakirələrdə iştirak etməyə davam edirik. Biz bunu ikitərəfli edirik, biz bunu öz tərəfdaşlarımızla birlikdə edirik, biz bunu çoxtərəfli institutlar vasitəsilə edirik. Biz ötən il bunu bir neçə dəfə üçtərəfli qaydada etdik. Biz bu çox problemli məsələlərin həll üçün ən effektiv olan nədirsə, onu edəcəyik. Biz davamlı sülhə dəstəyimizdə sadiq olaraq qalırıq”.

Ned Prays vurğulayıb ki, ABŞ tərəflər arasındakı danışıqlarda əvvəlcədən gəldiyi qənaət əsasında iştirak etmir.

O əlavə edib ki, Vaşinqton Azərbaycan və Ermənistan arasında uzun müddətdir ayrılıqlara səbəb olmuş məsələlərin həlli və davamlı sülhə nail olunması üçün tərəflər arasında birbaşa dialoq görməyə ümid edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO