Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu İMZALANDI 

Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu İMZALANDI 

Hazırda oxunan: Azərbaycan və Türkiyə arasında Anlaşma Memorandumu İMZALANDI 
111109
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

“Azərbaycan Hökuməti ilə Türkiyə Hökuməti arasında tikintidə normativ və qiymətqoyma sisteminin təkmilləşdirilməsi sahəsində əməkdaşlığa dair Anlaşma Memorandumu” imzalanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan FHN məlumat yayıb. 

Memorandumu Azərbaycan fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov qardaş ölkənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum imzalayıblar. 

Bununla yanaşı, “Azərbaycan-Türkiyə İqtisadi Əməkdaşlığına dair Fəaliyyət Planı”nın icrası ilə əlaqədar birgə hazırlanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol”a da imza atılıb. 
Bu sənədlər tikintidə qiymətqoyma sisteminin təkmilləşdirilməsi, tikintidə nəzarət, təbii fəlakətlər nəticəsində tikililərə və infrastruktura dəymiş zərərin qiymətləndirilməsi və aradan qaldırılması, tikintidə innovativ texnologiyaların tətbiqi kimi prioritet sahələr üzrə əməkdaşlıq məsələlərini əhatə edir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO