DİN-dən yeni dərs ili ilə bağlı sürücülərə XƏBƏRDARLIQ 

DİN-dən yeni dərs ili ilə bağlı sürücülərə XƏBƏRDARLIQ 

Hazırda oxunan: DİN-dən yeni dərs ili ilə bağlı sürücülərə XƏBƏRDARLIQ 
93330
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

15 sentyabrda yeni tədris ilinin başlanması ilə əlaqədar təhsil ocaqları yaxınlığında şəxsi minik avtomobillərinin park edilməsi və dayanma-durma qaydalarının pozulması halları digər hərəkət iştirakçılarının sərbəst hərəkətinə maneə yaradır və yollarda sıxlığın yaranmasına səbəb olur.

Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən Bizim.Media-ya verilən məlumatda bildirilir ki, məktəblər ətrafında süni sıxlığın, tıxacın, yol-nəqliyyat hadisələrinin baş verməməsi, eyni zamanda təhsil müəssisələri istiqamətində hərəkət edənlərin ləngiməməsi üçün sürücülər Qanunun tələblərinə əməl etməlidirlər:
 

MÖVZU İLƏ BAĞLI:

DYP yeni tədris ili ilə bağlı valideynlərə müraciət etdi


"Unutmayaq ki, yollarda hərəkət sıxlığı ictimai nəqliyyat vasitəsi ilə təhsil almağa gələn məktəblilər üçün də gecikmələrə səbəb olur.

Buna görə avtomobilləri yolun ikinci zolağında saxlamamaq, dayanma-durma və parklanma qaydalarına düzgün əməl etmək vacib şərtlərdəndir. Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi bütün şagird və tələbələri yeni “Bilik günü” münasibəti ilə təbrik edir və sürücüləri yol hərəkəti qaydalarına riayət etməklə həm də məktəblilərə nümunə olmağa çağırır", - mərkəzdən bildirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO