Salyanda ƏMƏLİYYAT: Saxlanılan var - FOTO/VİDEO

Salyanda ƏMƏLİYYAT: Saxlanılan var - FOTO/VİDEO

Hazırda oxunan: Salyanda ƏMƏLİYYAT: Saxlanılan var - FOTO/VİDEO
91956
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Salyan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan şəxslərin saxlanılaraq məsuliyyətə cəlb olunması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Bizim.Media-ya  verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayət əməli ilə məşğul olmaqda şübhəli bilinən rayonun Qaraçala kənd sakini Elməddin İsmayılov saxlanılıb.

Həmin şəxsin yaşadığı ünvana keçirilən baxış zamanı həyətində olan istixanadan 24 kiloqram 250 qram marixuana və yaş çəkisi 35 kiloqram olan 5 ədəd çətənə kolu aşkarlanaraq maddi sübut kimi götürülüb.

Dindirilmə zamanı E.İsmayılov narkotiklərin kultivasiyası ilə məşğul olduğunu etiraf edib.

Faktla bağlı Salyan RPŞ-də cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Bizim.Media

 



Salyanda ƏMƏLİYYAT: Saxlanılan var - FOTO/VİDEO - foto 1

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO