Ağdaşda ƏMƏLİYYAT: 11 nəfər saxlanıldı - FOTO

Ağdaşda ƏMƏLİYYAT: 11 nəfər saxlanıldı - FOTO

Hazırda oxunan: Ağdaşda ƏMƏLİYYAT: 11 nəfər saxlanıldı - FOTO
90878
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ağdaşda narkotiklərin qanunsuz dövriyyəsinə görə 11 nəfər saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, yaşadıqları evlərin həyətyanı sahəsində və çöllük ərazidə narkotik tərkibli bitkilər becərən 4 nəfər rayon sakini - Aqşin Şahbazov, Bəybala Məmmədov, Nasir Səmədov və Həmid Bilalzadə saxlanılıb.

Onlardan ümumi çəkisi 80 kiloqram olan 50 ədəd çətənə kolu, eləcə də Bilal Həmidzadədən əlavə olaraq qurudulmuş marixuana da götürülüb.

Keçirilən növbəti əməliyyatlar nəticəsində isə daha 7 nəfər – psixotrop maddələrin satışı ilə məşğul olan Şəhla Allahverdiyeva, eləcə də Səbuhi Vəliyev,Sərxan Abdurəhimov,Əmirxan Sadıqov,Ruslan Rəsulov, Xəyal Əliyev və Vüqar Məmmədov şübhəli şəxs qismində saxlanılıblar.
Onlardan heroin, marixauana və metamfetamin aşkarlanaraq qanunsuz dövriyyədən çıxarılıb.

Faktlarla bağlı cinayət işləri başlanılıb.

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO