Bu il qürur tariximiz - 20 Yanvardan 31 il ötür

Bu il qürur tariximiz - 20 Yanvardan 31 il ötür

Hazırda oxunan: Bu il qürur tariximiz - 20 Yanvardan 31 il ötür
9029
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanda 20 Yanvar hadisələrindən 31 il ötür.

Bizim.Media xəbər verir ki, 1990-cı il yanvar ayının 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı qətliam törədib.

Faciə zamanı 137 insan öldürülüb, 744 adam ağır xəsarət alıb, 841 nəfər isə qanunsuz olaraq həbs edilib. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağılıb.

Lakin bu qətliamlar xalqımızın milli iradəsini sındıra bilməyib və Azərbaycan xalqı öz qanı ilə müstəqilliyini əldə edib. 20 Yanvar yaşatdığı faciələrlə yanaşı Azərbaycanın milli birlik və əzm simvoludur.

Respublikamızda hər il bu gün Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir, milyonlarla insan Şəhidlər Xiyabanını ziyarət edir, qəhrəmanlarımızın xatirəsini anır.

Heç bir müstəqillik bədəlsiz, qurbansız olmayıb. 20 Yanvar faciə deyil, tarixin icbarı idi. Azərbaycan 31 il öncə bu icbardan haqqını aldığı kimi, illər sonra yenə bu icbardan payını- Qarabağını aldı!

Başın sağ, istiqlalın qutlu olsun, Azərbaycan!

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO