Əli Abbasov: “Skype”x9d, “Facebook”x9d və “WhatsApp

Əli Abbasov: “Skype”x9d, “Facebook”x9d və “WhatsApp" lisenzilayaşdırılmalıdır

Hazırda oxunan: Əli Abbasov: “Skype”x9d, “Facebook”x9d və “WhatsApp" lisenzilayaşdırılmalıdır

89582
“Həmin şirkətlər arasında müqavilələr imzalanacaq”x9d.

Azəbaycanda azad internet var. Heç bir xidmət məhdudlaşdırılmır. Eyni zamanda sosial şəbəkələr də azad fəaliyyət göstərir.

Moderator.az xəbər verir ki, “APA-Economics”x9din məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Rabitə və Yüksək Texnologiyalar naziri Əli Abbasov deyib.

Nazir əlavə edib ki, rabitə xidmətləri göstərən "Skype", " Facebook" , “WhatsApp" daxil olmaqla heç bir sosial şəbəkəyə məhdudiyyət qoyulmayıb: 

“Azərbaycanda fəaliyyət göstərən rabitə xidmətlərinin bir neçəsi lisenziyalaşdırılmış xidmətlərdir. Hesab edirik ki, bu rabitə xidmətlərini göstərən  "Skype", " Facebook", “WhatsApp" da lisenzilayaşdırılmalıdır. Lisenzilaşdırma istifadəçilər üçün heç bir problem yaratmayacaq. Ancaq tənzimləyici orqanlarla həmin şirkətlər arasında müqavilələr imzalanacaq”x9d.

Ə.Abbasov əlavə edib ki, oktyabr ayında regionun ən böyük Trier3 səviyyəli DATA-mərkəzi Azərbaycanda istismara veriləcək. Onun sözlərinə görə, DATA-mərkəzin istismara verilməsi bulud servislərin populyarlaşmasına və bulud texnologiyalara keçid prosesini sürətləndirməyə imkan yaradacaq: 

“DATA-mərkəz regionda fəaliyyət göstərən, məlumat emal edən bu cür mərkəzlərdən birincisi olacaq. Mərkəz həmçinin regionun digər ölkələri və “Google”x9d, “Facebook”x9d və digər böyük şirkətlərə xidmət göstərəcək. Bu bizim informasiya təhlükəsizliyi və kiber hücumlardan qorunmaq üçün çox vacibdir. Tələbatdan asılı olaraq, DATA-mərkəzin gücü artırılacaq".
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO