Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - VİDEO

Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - VİDEO

Hazırda oxunan: Vətən müharibəsinin ilk qələbə müjdəçisi olan qəhrəmanımız - VİDEO
8929
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Əli Qəmbərov ailədə 3 qardaşdan yaşca ən kiçiyi idi. Arzusu elə orduda qalıb, hərbçi kimi xidmət göstərməkdən ibarət olub. Lakin 18 yaşında şəhidlik zirvəsinə ucalmaqla ali zirvəyə yüksəldi.

Bizim.Media xəbər verir ki, Cəlilabad rayonunun Uzuntəpə kəndindən olan şəhid Əli Qəmbərovun ailəsi, onun döyüş yolundan danışıb.

Ailə üzvlərinin sözlərinə görə, Əlinin ən böyük arzusu hərbçi olmaq idi.

Vətən müharibəsi başlayanda Əli cəmi 6 ay idi ki, Füzuli istiqamətində hərbi xidmətdə idi. Sentyabrın 27-də xidmət etdiyi səngərdə "İrəli" əmrini alanlardan olub. Aylarla müşahidə etdiyi düşmən səngəri bir neçə saat sonra cəsur döyüşçülərimizin nəzarətinə keçib. Döyüşdəki ilk qələbəsindən sonra o, atasına zəng edərək zəfər qurbanı kəsməsini xahiş edib.

Əli Qəmbərov bir neçə gərgin döyüşdə şücaətləri ilə seçilib. O, hətta ağır əməliyyatlarda belə, daim öndə olub. Cəsur döyüşçümüz oktyabrın 6-da növbəti ağır döyüşlərdən birində şəhidlik zirvəsinə ucalıb. (Report)

Allah rəhmət eləsin!

Bizim.Media
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO