Gözdən əlilliyi olan 50 nəfərə sosial xidmətlər göstərildi - FOTO

Gözdən əlilliyi olan 50 nəfərə sosial xidmətlər göstərildi - FOTO

Hazırda oxunan: Gözdən əlilliyi olan 50 nəfərə sosial xidmətlər göstərildi - FOTO
84533
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bu ilin ilk altı ayında Sosial Xidmətlər Agentliyinin Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsində 20-yə yaxın gözdən əlilə sosial xidmətlər göstərilib.

Bizim.Media xəbər verir ki, Şöbə 5-29 yaşlı görmə üzrə əlilliyi olan şəxslərə tam və ya yarımstasionar reabilitasiya və abilitasiya xidmətləri göstərir.

Müəssisəyə görmə üzrə əlilliyi olan şəxslər stasionar və yarımstasionar formada qəbul olunur. Müəssisəyə qəbul edilmiş şəxslərin müəyyən edilmiş fərdi inkişaf proqramına uyğun olaraq təqdim olunan bütün növ xidmətlərdən istifadə etmək hüquqları var.

Son bir ildə 50-yə yaxın şəxs Görmə qabiliyyəti məhdudluğu olan şəxslər üçün sosial reabilitasiya və bərpa şöbəsinə qəbul edilərək, müvafiq xidmətlərə cəlb ediliblər.

Bu şöbəyə qəbul edilən şəxslərə tibbi, pedaqoji, idman, mədəniyyət və incəsənət, psixoloji, eləcə də sosial reabilitasiya xidmətləri göstərilir. Onların cəmiyyətə inteqrasiya edilməsi istiqamətində iş aparılır. Bütün xidmətlər dövlət vəsaiti hesabına həyata keçirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO