Narkotiklə bağlı 6 minə yaxın cinayət faktı aşkarlandı

Narkotiklə bağlı 6 minə yaxın cinayət faktı aşkarlandı

Hazırda oxunan: Narkotiklə bağlı 6 minə yaxın cinayət faktı aşkarlandı
84200
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

2022-ci ilin 6 ayı ərzində hüquq mühafizə orqanları tərəfindən narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə sahəsində həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 5778 cinayət faktı aşkarlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə üzrə 2022-ci ilin yanvar-iyun aylarının yekununa dair hesabatda bildirilib. 

Qeyd olunub ki, onlardan 2053-ü narkotik vasitələrin qanunsuz satışı, 3463-ü narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 206-sı qanunsuz olaraq narkotik xassəli bitkilərin kultivasiya edilməsi, 56-sı isə bu kateqoriyadan olan digər cinayətlərlə bağlı olub. 
 

MÖVZU İLƏ BAĞLI:

Polisdən ƏMƏLİYYAT: 39 kiloqram narkotiklə yaxalandılar


“Aşkarlanmış faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 418 kq 320,92 qr və 24650 həb narkotik vasitələrin və psixotrop maddələrin 1 ton 497 kq 266,592 qr-nı heroin, 1 ton 028 kq 428,674 qr-nı marixuana, 198 kq 089,061 qr-nı tiryək, 20 kq 547,544 qr-nı həşiş, 199 qr-nı kokain, 115 kq 821,557 qr-nı digər narkotik vasitələr və 557 kq 968,492 qr psixotrop maddələr təşkil etmişdir.

Həmçinin, göstərilən dövr ərzində 1 kq 485,4 qr güclü təsir edən maddə, 10 kq 037,6 qr zəhərli maddə, 56958 ədəd narkotik xassəli çətənə bitkiləri qanunsuz dövriyyədən götürülüb”. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO