Gəncədə bankomat kartından oğurluq edən şəxslər saxlanılıblar – FOTO 

Gəncədə bankomat kartından oğurluq edən şəxslər saxlanılıblar – FOTO 

Hazırda oxunan: Gəncədə bankomat kartından oğurluq edən şəxslər saxlanılıblar – FOTO 
81942
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Gəncə şəhər Baş Polis İdarəsinin 4-cü Polis Bölməsinin əməkdaşlarının keçiridikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisindəki bankomatların qarşısında vətəndaşların etibarından sui-istifadə edərək onların bank kartlarındakı pulu ələ keçirən şəxslər saxlanılıb.  

Bizim.Media-nın yerli bürosunun Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupuna istinadən məlumatına görə, araşdırmalar zamanı məlum olub ki, Səxavət Məmmədov və Cabir Əsgərov bir neçə vətəndaşın bank kartından pulu mənimsəyərək onlara 1000 manat miqdarında maddi ziyan vurub. 

Saxlanılan şəxslərin Gəncə şəhərində, eləcə də respublikanın digər şəhər və rayonlarında anoloji cinayətlər törətməsi istisna edilmir.  

Odur ki, həmin şəxslərin əməllərindən zərər çəkən vətəndaşların Gəncə şəhər Baş Polis İdarəsinə, DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə eləcə yaşadıqları ərazi üzrə polis orqanlarına müraciət etmələri tövsiyə olunur.  

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Gəncədə bankomat kartından oğurluq edən şəxslər saxlanılıblar – FOTO  - foto 1
Gəncədə bankomat kartından oğurluq edən şəxslər saxlanılıblar – FOTO  - foto 2
Gəncədə bankomat kartından oğurluq edən şəxslər saxlanılıblar – FOTO  - foto 3

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO