Zaqatalada icarəyə götürdüyü torpaqda narkotik yetişdirən şəxs tutuldu - FOTO

Zaqatalada icarəyə götürdüyü torpaqda narkotik yetişdirən şəxs tutuldu - FOTO

Hazırda oxunan: Zaqatalada icarəyə götürdüyü torpaqda narkotik yetişdirən şəxs tutuldu - FOTO
81192
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Zaqatalada icarəyə götürdüyü torpaq sahəsində narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb.

Zaqatala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan rayon sakini saxlanılıb. 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Bizim.Media-ya verilən məlumata görə, Paşan kəndi ərazisindəki qarğıdalı sahəsində çətənə kollarının becərilməsi barədə polis şöbəsinə məlumat daxil olub.

Ərazi dərhal nəzarətə götürülüb və keçirilən əməliyyat tədbiri nəticəsində həmin kənd sakini Məmməd İsayev narkotik tərkibli bitkilərə qulluq edərkən yaxalanıb. Əraziyə baxış zamanı oradan kultivasiya edilən 25 ədəd çətənə kolu aşkarlanıb.
M.İsayev ifadəsində narkotik tərkibli bitkiləri bir müddət əvvəl icarəyə götürdüyü torpaq sahəsində becərdiyini və xüsusi qulluq göstərdiyini etiraf edib. 

Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxsin ətrafında əməliyyat-istintaq tədbirləri davam etdirilir. 

Bizim.Media

Zaqatalada icarəyə götürdüyü torpaqda narkotik yetişdirən şəxs tutuldu - FOTO - foto 1
Zaqatalada icarəyə götürdüyü torpaqda narkotik yetişdirən şəxs tutuldu - FOTO - foto 2

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO