AYİB-lə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi - FOTO

AYİB-lə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi - FOTO

Hazırda oxunan: AYİB-lə əməkdaşlığın genişləndirilməsi müzakirə edildi - FOTO
80174
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanla Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) arasında bərpa olunan enerji və enerji səmərəliliyi istiqamətində əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Energetika Nazirliyində AYİB-nin Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kamola Mahmudova ilə keçirilən görüşdə qeyd edilib.

Görüşdə Azərbaycan və AYİB arasında əlaqələrin bir çox sahələrdə, o cümlədən enerji sektorunda uğurla inkişaf etdiyi vurğulanıb, elektroenergetika, bərpa olunan enerji və enerji səmərəliliyi istiqamətində qarşıya qoyulmuş hədəflərin reallaşdırılması üzrə gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Bankın maliyyə dəstəyi ilə həyata keçirilən layihələrin icra vəziyyəti nəzərdən keçirilib.

Xatırladaq ki, hazırda Energetika Nazirliyi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı arasında Azərbaycanda bərpa olunan enerji hərraclarının keçirilməsi və kiçik miqyaslı bərpa olunan enerji layihələri üçün lazımi normativ çərçivənin formalaşdırlması istiqamətlərində əməkdaşlıq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO