21 şagird məktəbdən uzaqlaşdırılıb? - NAZİRLİKDƏN CAVAB

Hazırda oxunan: 21 şagird məktəbdən uzaqlaşdırılıb? - NAZİRLİKDƏN CAVAB

74904

Xəbər verdiyimiz kimi, 9 illik orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarında Saatlı rayonu Sarıcalar kənd tam orta məktəbinin 21 şagirdi zəif nəticə göstərib.  Onların məktəbdən uzaqlaşdırılmaları ilə bağlı məlumat yayılıb. 

Bizim.Media xəbər verir ki, Təhsil Nazirliyi mövzuya aydınlıq gətirib.

"Qeyd olunan məktəbin 9-cu sinif şagirdlərindən bir nəfər də olsun xaric edilməyib və yayılan məlumatlar yalan və əsassızdır" - deyə mənbə bildirib.

Xatırladaq ki, Azərbaycan Respublikası Təhsil Qanununun 19-cu Maddəsinin 14-cü bəndinə əsasən ümumi orta təhsil pilləsi (9 illik) icbari hesab olunur (apa).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO