“Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirildi

“Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirildi

Hazırda oxunan: “Yüksəliş” müsabiqəsinin ilk sınaq imtahanı keçirildi
69983
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Aprelin 16-da "Yüksəliş" müsabiqəsinin Ümumi biliklər üzrə Onlayn mərhələsinin ilk sınaq imtahanı keçirilib.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsindən Bizim.Media-ya verilən məlumata görə, iştirakçıların istənilən məkandan onlayn formada qatıldıqları imtahan 11:00 və 15:00 olmaqla iki sessiyada təşkil edilib.

Qeydiyyatdan keçmiş 12 299 namizəddən 12 253 nəfəri müsabiqədə iştirak haqqı qazanıb.

Onlayn mərhələnin ilk sınaq iştanında 5 881 iştirakçı 11:00 və 15:00 olmaqla iki sessiyada sualları cavablandırıb. Suallar Azərbaycan və dünya ölkələri üzrə tarix, coğrafiya, ədəbiyyat və mədəniyyət, həmçinin hüquq və iqtisadiyyat sahələri, müasir trendlər üzrə 4 blok üzrə aparılıb.

Hər blok üzrə 25 dəqiqə, toplamda isə imtahan üçün 2 saat vaxt ayrılıb.

"Yüksəliş" müsabiqəsi ilə bağlı yaradılmış Çağrı Mərkəzi və sosial şəbəkələr, elektron poçt vasitəsilə müraciətlər cavablandırılaraq, iştirakçılara dəstək göstərilib. Ümumi biliklər üzrə Onlayn mərhələnin əsas imtahanı yaxın vaxtlarda təşkil ediləcək.

“Yüksəliş” müsabiqəsinin 20 qalibini 1 il ərzində idarəçi rəhbərlərdən - iri şirkətlərin top-menecerlərindən və dövlət xadimlərindən fərdi karyera məsləhətləri almaq imkanı, kadr ehtiyatı bankına daxil edilmə və 20.000 AZN dəyərində pul mükafatı gözləyir.

Qeyd edək ki, "Yüksəliş" müsabiqəsi Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 26 iyul 2019-cu il tarixində imzaladığı Sərəncamla intellektual səviyyəsi və idarəçilik bacarıqları yüksək olan perspektivli rəhbər şəxslərin müəyyən edilməsini, dəstəklənməsini və ölkədə kadr ehtiyatı bankının yaradılmasını təmin etmək məqsədilə təsis olunub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO