Azərbaycanda tibbi maska ləğv ediləcəkmi? - AÇIQLAMA 

Hazırda oxunan: Azərbaycanda tibbi maska ləğv ediləcəkmi? - AÇIQLAMA 

68151

“Bəzi inzibati qaydalar Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Odur ki, maska tələbinin ləğvi məsələsində də hökumətin qərarı olmalıdır. Qərar qəbul olunanda bu barədə ictimaiyyətə məlumat veriləcək”. 

Bizim.Media xəbər verir ki, bunu “Report”a müsahibəsində Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Xəstəliklərin profilaktikası və kontrolu departamentinin müdiri Yaqut Qarayeva deyib. 

Onun sözlərinə görə, ölkədə pandemiya ilə əlaqədar epidemioloji vəziyyət tam nəzarət altındadır: 

“Gündəlik yoluxma sayı getdikcə azalır. Ən vacib göstərici isə xəstəliyin ağırlığı, yəni kliniki vəziyyət və xəstəxanalara olan təlabatdır. Bu məsələdə də heç bir problem yoxdur və epidemioloji vəziyyət nəzarət altındadır”. 
Qeyd edək ki, hazırda Azərbaycanda aktiv koronavirus xəstələrinin sayı 329 nəfərdir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO