Dövlət Komitəsindən saxta Ramazan təqvimi yayanlara XƏBƏRDARLIQ 

Hazırda oxunan: Dövlət Komitəsindən saxta Ramazan təqvimi yayanlara XƏBƏRDARLIQ 

67156

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) Ramazan ayının başlaması ilə əlaqədar müşavirə keçirilib. 

Bizim.Media xəbər verir ki, müşavirədə DQİDK və tabeliyindəki qurumların, Naxçıvan Muxtar Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Agentliyinin rəhbərliyi, eləcə də Dövlət Komitəsi mərkəzi Aparatının və bölgə şöbələrinin müdirləri iştirak ediblər. 

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Ramazan ayında planlaşdırılan tədbirlər və qarşıda duran vəzifələrdən danışaraq DQİDK-nın mərkəzi Aparat və bölgə şöbələrinin üzərinə düşən vəzifələrə diqqət çəkib.

Bildirib ki, Ramazan ayında Dövlət Komitəsinin şöbələri iş fəaliyyətini daha da gücləndirməli və bölgələrdə monitorinqlər təşkil etməlidirlər.  

Görüləcək işlərlə bağlı təkliflərini səsləndirən DQİDK-nın sədr müavini Səyavuş Heydərov Ramazan ayında saxta təqvimlərin yayılmasının yolverilməz olduğunu, vahid Ramazan təqviminə riayət olunmasının vacibliyini xüsusi olaraq vurğulayıb. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO