
- A-
- A
- A+
Ukrayna və Türkiyə Qara dənizdə gərginliyin azaldılmasını müzakirə edib
Ukraynanın xarici işlər naziri Andrey Sibiqa türkiyəli həmkarı Hakan Fidanla Qara dənizdə gərginliyin azaldılması istiqamətində görülən tədbirləri müzakirə edib.
Bizim.Media xəbər verir ki, görüş Brüsseldə Avropa İttifaqının Xarici İşlər Şurasının iclası və regional təhlükəsizlik üzrə nazirlər toplantısı çərçivəsində baş tutub.
Tərəflər ikitərəfli münasibətləri, xüsusilə dövlət başçıları səviyyəsində əldə olunmuş razılaşmaların icrasını və Azad Ticarət Sazişi çərçivəsində əməkdaşlığı müzakirə ediblər. Görüşdə Qara dənizdə gərginliyin azaldılması istiqamətində səylərə xüsusi diqqət yetirilib.
Sibiqa sosial şəbəkə hesabında yazıb ki, Türkiyənin Qara dəniz regionunun aparıcı dövlətlərindən biri və sülh prosesində əsas vasitəçilərdən biri kimi mühüm rolunu vurğulayıb.
Bizim.Media
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.


































































































