Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı qərar verildi

Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı qərar verildi

Hazırda oxunan: Məşhur salonlar şəbəkəsinin rəhbəri ilə bağlı qərar verildi
648066
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"Beautytime" salonlar şəbəkəsinin rəhbəri Könül Həmzəyevanın təqsirləndirilən şəxs qismində cəlb olunduğu işlərdən biri yekunlaşıb.

Bizim.Media "Unikal"a istinadən xəbər verir ki, xüsusi ittihamçı Röyal Masiyevin şikayəti əsasında Könül Həmzəyevanın Cinayət Məcəlləsinin 147.2-ci (ağır cinayət törətməkdə ittiham etməklə böhtan atma) və 148-ci (təhqir) maddələri ilə təqsirləndirildiyi iş üzrə bu gün Nərimanov Rayon Məhkəməsində qərar qəbul edilib.

Belə ki, Röyal Masiyev üzrlü səbəb olmadan ardıcıl olaraq bir neçə dəfə məhkəmə iclasına gəlmədiyindən xüsusi ittiham qaydasında aparılan cinayət təqibinə xitam verilib.

Qeyd edək ki, tanınmış influenserlər Fidan Rzayeva (Fidan Zeyn), Əfsanə Qasımova (Azerina), eləcə də daha bir şəxs Könül Həmzəyevadan şikayətçidirlər.

Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə başlanmış digər cinayət işi üzrə isə hazırda Xətai Rayon Polis İdarəsində istintaq davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO