Bakının Xətai rayonu, Gəncə prospekti 2935A ünvanında yenidən sürüşmə təhlükəsi yaranıb.
Bizim.Media xəbər verir ki, eyni yerdə 1 ildə ikinci dəfə sürüşmə baş versə də, ərazini lentləməkdən başqa heç bir təhlükəsizlik tədbiri görülməyib.
Həmin ünvanda yaşayan sakinlər “Xəzər Xəbər”ə şikayətlərində deyirlər ki, yaşadıqları binanın qarşısında sürüşmədən sonra təhlükəli vəziyyət hökm sürür.
Onların sözlərinə görə, aidiyyəti qurum bir neçə dəfə əraziyə baxış keçirsə də, sürüşmənin qarşısının alınması üçün nə beton bloklar quraşdırılır, nə də istinad divarı hörülür.
Bəs yağıntılar başlamazdan əvvəl ərazidə təhlükəsizliyin təmin edilməsi və istinad divarının tikintinə nə zaman başlanılacaq?
Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidmətinin rəhbəri Gülçin Mehdiyeva deyib ki, həmin əraziyə baxış keçirilib və lentlənib:
“Cari ilin 11 aprel tarixində intensiv yağışlar nəticəsində qeyd olunan ərazidə uçqun hadisəsi baş verdikdən sonra ərazidə istinad divarının tikintisinə qərar verilib, bu məqsədlə zəruri sənədləşdirmə işləri aparılaraq istinad divarının tikinti layihəsi hazırlanıb. Layihənin icrasına yaxın zamanlarda başlanılması nəzərdə tutulub".
O da qeyd olunub ki, yaxınlıqda yaşayan vətəndaşlar torpaq uçqunu baş vermiş sahəyə yaxınlaşmamalı və bu sahədən avtomobil dayanacağı kimi istifadə etməməlidirlər.
Mövzu ilə bağlı daha ətraflı Xezerxeber-in videomaterialında:
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
00:12 / 10.10.2026
Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO
Hazırda oxunan: Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO
Hazırda oxunan: Xətai rayonu ərazisində yenidən sürüşmə təhlükəsi yaranıb - VİDEO
641398
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.




























































































