Bakıda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Bakıda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU

Hazırda oxunan: Bakıda tanışını qətlə yetirən şəxsə HÖKM OXUNDU

641081

Bakıda tanışını qətlə yetirməkdə təqsirləndirilən Maksim Əhmədovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mahirə Kərimovanın sədrliyi ilə keçiriləm prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Maksim Əhmədov 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, hadisə ötən il aprelin 25-də Xəzər rayonunda baş verib. Belə ki, Maksim Əhmədov və Səlim Əliyevin arasında baş verən mübahisə yaranıb.

Mübahisə nəticəsində 47 yaşlı Maksim Əhmədov Səlim Əliyevi bıçaqla qətlə yetirib.

Ona qarşı Cinayət Məcəlləsinin üzrə 120.2.2-ci ( xuliqanlıq niyyəti ilə adam öldürmə), 228. 5 (Qanunsuz qaz və ya soyuq silahı əldə etmə, satma və gəzdirmə) maddəsi ilə ittiham irəli sürülüb. (Apa.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO