uşaqların uzun müddət telefon, planşet, kompüter və digər rəqəmsal cihazlardan istifadə etməsi onların inkişafına yoxsulluq şəraitində böyüməkdən belə daha ciddi təsir göstərə bilər.
Bizim.Media xəbər verir ki, JAMA Pediatrics jurnalında dərc olunan genişmiqyaslı beynəlxalq araşdırmada 64 ölkədən 2,8 milyon uşaq və yeniyetmənin məlumatları təhlil edilib.
Alimlər intensiv rəqəmsal media istifadəsi ilə bir sıra problemlər arasında davamlı əlaqə aşkarlayıblar.
Belə ki, uşaqlar ekran qarşısında nə qədər çox vaxt keçirirlərsə, onların dərs göstəricilərinin bir o qədər aşağı olduğu müşahidə edilib.
Araşdırmaya əsasən, xüsusilə ekran istifadəsi canlı ünsiyyəti əvəz etdikdə nitqin inkişafı da ləngiyə bilər. Bundan əlavə, uşaqlarda narahatlıq, depressiv əlamətlər, aqressiv davranış və diqqət problemlərinin yaranma riski artır.
Sosial şəbəkələr, oyunlar və digər rəqəmsal platformalar real ünsiyyəti əvəz etdikdə isə uşaqların sosiallaşmasında çətinliklər yarana bilər.
Tədqiqat müəllifləri bildirirlər ki, ekran qarşısında keçirilən vaxt ailənin nəzarət edə biləcəyi azsaylı amillərdən biridir. Alimlər uşaqlara qadcetlərdən tamamilə istifadəni qadağan etməyi zəruri hesab etmirlər. Bununla belə, cihazların yuxu, fiziki aktivlik, dərs və canlı ünsiyyətə ayrılan vaxtı nə dərəcədə azaltdığına diqqət yetirmək tövsiyə olunur.
Bizim.Media






























































































