Bakıda soyuq havada ilan? – Məktəbin qarşısında peyda olması valideynləri narahat etdi – VİDEO

Bakıda soyuq havada ilan? – Məktəbin qarşısında peyda olması valideynləri narahat etdi – VİDEO

Hazırda oxunan: Bakıda soyuq havada ilan? – Məktəbin qarşısında peyda olması valideynləri narahat etdi – VİDEO

640916

Bakının Nərimanov rayonunda ötən gün sakinləri təəccübləndirən görüntü qeydə alınıb. “Ankara məktəbi” liseyinin qarşısındakı Təbriz küçəsində (keçmiş  Çapayev) ilan aşkarlanıb.

Ən diqqətçəkən məqam isə ilanın günəşsiz, kifayət qədər soyuq olduğu vaxtda görünməsidir. Belə ki, ilan soyuqqanlı heyvan olduğu üçün soyuq havalarda gizlənir, zirzəmilərdə, torpaq altında, daş dibində və s. yatır.

Ona görə də sakinlərin arasında təəccüb yaradıb. 

İlan bu havada küçədə nə gəzir?

Hadisənin görüntüləri sosial şəbəkələrdə yayılıb. Kadrlarda ilanın yol kənarında hərəkət etdiyi görünür. İlanın hansı növə aid olduğu, zəhərli-zəhərsiz olması bəlli deyil. Amma peyda olması bəs edib ki, sosial şəbəkələrdə valideynlərin narahatlığına səbəb olsun.

Vacib məqam odur ki, ilan məktəbin həyətində və ya binanın daxilində deyil, qarşıdakı küçədə aşkarlanıb. Buna görə də hazırkı məlumata əsasən, onun şagirdlər üçün konkret təhlükə yaratması ilə bağlı narahatlığa əsas yoxdur. Bununla belə, belə görüntünün qeydə alınması təbii olaraq diqqət çəkir və suallar yaradır:

Bu ilan haradan gəlib və yaxınlıqda başqa ilanlar da ola bilərmi?

Zooloq Teyyub Quliyevin Bizim.Media-ya verdiyi məlumata görə, ilanlar aktivlikləri temperaturdan asılıdır, amma qida və yerdəyişmə üçün müvəqqəti hərəkət edə bilərlər.

“Doğrudur, ilanlar soyuq havada “qış yuxusu”na gedirlər. Amma temperatur tam aşağı düşməyibsə, xüsusən gün ərzində torpaq və asfalt hələ də isinirsə, hərəkət edə bilərlər. Havalar tədricən soyuduqca ilanlar sığınacaq axtarırlar. Bu zaman təsadüfən küçəyə, insanların olduğu əraziyə çıxa bilərlər”. 

Mütəxəss diqqətə çatdırır ki, şəhərin mərkəzində bir ilan görmək onların orada toplu şəklində yaşadığı anlamına gəlmir.

“Onlar ümumiyyətlə şəhər mühitində yaşaya bilmirlər. Asfalt üzərində ilanların yaşaması: sürünmıəsi, qidalanması əlverişli deyil. Böyük ehtimalla ilan gizləndiyi daldalanacağı tərk edərkən görüntülənib, ya da könüllü yerini dəyişməyib, daş-qum, metallom və s. ilə birlikdə maşınlarda təsadüfən gələ bilər”.



Şəfiqə Şəfa, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO