Qazaxda 20 yaşlı gənc bədənin kəsilmiş-deşilmiş yarası diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Bizim.Media-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Yuxarı Salahlı kəndində baş verib.
2006-cı il təvəllüdlü Hümbət Məmmədov bıçaqlanıb. İlkin versiyaya əsasən 2009-cu il təvəllüdlü S.Vəliyev şübhəli şəxs qismində saxlanılıb.
Faktla bağlı araşdırma başlanılıb.
Məqsəd Rəhimov, Bizim.Media, Qərb Bürosu
































































































