Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

Hazırda oxunan: Restoranlarda təklif edilən həqiqi kürüdür, yoxsa əvəzedici? – FOTO

640197

Dövlət Statistika Komitəsinin məlumatına görə 2026-cı ilin yanvar-iyul aylarında Azərbaycan 49,06 ton balıq kürüsü əvəzediciləri idxal edib. 

İdxalın ümumi dəyəri 508,12 min ABŞ dolları təşkil edib.

Beləliklə, hesabat dövründə balıq kürüsü əvəzedicilərinin 1 kiloqramının orta idxal qiyməti 10,36 ABŞ dolları olub. Ən böyük idxal Belarusdan həyata keçirilib. Bu ölkədən Azərbaycana 28,74 ton balıq kürüsü əvəzedicisi gətirilib və məhsulların ümumi dəyəri 266,07 min dollar olub.

İdxal həcminə görə ikinci yerdə Çin qərarlaşıb. Çindən 12 ton məhsul idxal edilib və bunun dəyəri 141,19 min dollar təşkil edib. Rusiyadan isə 8,1 ton balıq kürüsü əvəzedicisi gətirilib. İdxalın dəyəri 93,7 min dollar olub.

Bundan başqa, Azərbaycan Birləşmiş Ərəb Əmirlikləri, İran, Yaponiya, Almaniya və İtaliyadan da bu məhsuldan idxal edib. Belə ki, BƏƏ-dən 0,1 ton, İrandan 0,09 ton, Yaponiyadan 0,02 ton, Almaniyadan 0,01 ton, İtaliyadan isə 0,01 ton məhsul gətirilib.

Elə isə restoran və şadlıq evlərində təklif olunan kürülər nə qədər təbiidir?

Mövzu ilə bağlı Bizim.Media-ya danışan Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib ki, 20 il öncə Azərbaycanda süni kürü istehsalı müşahidə olunmuşdu:

“”Bəhram-B” adlı bir müəssisə bu işlə məşğul idi. Hazırda həmin müəssisənin hansı vəziyyətdə olması barədə dəqiq bilgim yoxdur. Bu müəssisə istehsal etdikləri süni kürü qabının üzərinə hətta nərə balığının şəklini qoyurdu. Bu da istehlakçıları çaşdırırdı. Çünki hər kəs Azərbaycanı kürü ölkəsi kimi tanıyır. Ona görə də həm yerli istehsalçılar, həm də əcnəbilər süni kürünü orjinal məhsul kimi qəbul edib, alırlar.

Təbii ki, alıcıları cəlb edən digər faktorsa kürünün kifayət qədər ucuz olmasıdır. Halbuki ucuz təklif olunan kürülərin hamısı süni şəkildə hazırlanıb. Süni kürü heç bir seqmenti ilə təbii kürünü əvəz edə bilməz. Hazırda əmtəə bazarında Rusiyadan, xüsusilə də Həştərxandan gətirilmiş süni kürülərə daha çox rast gəlinir. Bu məhsulların üzərində nərə balığının şəkli həkk olunub.

Ümumilkdə isə istehlakçılar süni kürü ilə təbii kürünü asan ayırd edə bilmir. Ona görə də restoranlarda və şadlıq evlərində müştərilərə süni kürünü asanlıqla sata bilirlər. Bu səbəbdən də süni kürü idxalı ilbəil artır”.


Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO