Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

Hazırda oxunan: Əli Əhmədov: “Yeni Azərbaycan Partiyasının nüfuzu ölkənin hüdudlarını aşıb”

640012

“Yeni Azərbaycan Partiyası xoşməramlı və xoştaleli olan siyasi təşkilat kimi meydana gəlib, fəaliyyət göstərib və bu gün də fəaliyyət göstərməkdədir”.

Bizim.Media xəbər verir ki, bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında çıxışı zamanı YAP Sədrinin müavini, Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov deyib.

"XXI əsrin ilk onilliklərində Azərbaycanın iqtisadi, sosial inkişaf, beynəlxalq əlaqələr sahələrində əldə etdiyi ən böyük nailiyyətlər artıq Yeni Azərbaycan Partiyasının iqtidarının, İlham Əliyev dövrünün Azərbaycan xalqına təqdim etdiyi unudulmaz töhfələrdir", - deyə Əli Əhmədov bildirib.

O, YAP-ın ayrı-ayrı ölkələrin siyasi təşkilatları ilə, partiyaları ilə geniş əməkdaşlıq əlaqələri qurduğunu, maraqlı layihələr həyata keçirdiyini də vurğulayıb:

"Zəngin təcrübə əsasında bu layihələr daha da geniş şəkillərdə həyata keçirilməkdədir. Bütün bunların hamısı Yeni Azərbaycan Partiyasının hörmətinin və nüfuzunun artıq ciddi şəkildə Azərbaycanın hüdudlarından kənara çıxdığından xəbər verir".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO