Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - VİDEO

Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - VİDEO

Hazırda oxunan: Ermənilərin illər öncə hərbçilərimiz haqqında etdiyi etiraf - VİDEO

639833

2020-ci ilin sentyabrın 27-də başlayan Vətən müharibəsi dünya tarixinə bir çox xüsusiyyətləri ilə qızıl hərflərlə yazıldı. Azərbaycan ordusu bütün dünyaya göstərdi ki, hətta müharibə şəraitində belə humanizm prinsiplərinə sadiq qalmaq mümkündür. İstər müharibə, istərsə də müharibədən sonrakı antiterror əməliyyatı və digər mühüm proseslərin heç birində Azərbaycan əsgəri düşmənlərin təbliğat maşınına əleyhinə istifadə ediləcək heç bir arqument təqdim etmədi.

Bizim.Media xəbər verir ki, 2023-cü ilin məhz bu günlərində Qarabağda separatçı iddiaları süquta uğramış ermənilər bölgəni könüllü şəkildə tərk etməyə başladılar.

Məhz həmin günlərdə ermənilərin özləri tərəfindən çəkilmiş kadrlar belə Azərbaycan ordusunun hər bir fərdinin sözügedən məsələdə nə dərəcədə həssas olduğunu sübuta yetirir.
 

Kadrlarda Ermənistana üz tutmuş ermənilərə azərbaycanlıların onlara qarşı rəftarı ilə bağlı suallar ünvanlanıb. Sual ünvanlanan ermənilər Qarabağı tərk edərkən problem kimi yalnız tıxacların olmasını vurğulayıblar.


Azərbaycanlıların rəftarına gəlincə isə ermənilər bildiriblər ki, onlara qarşı heç bir kobudluq və ya alçaldıcı hərəkət edilməyib, buraxılış məntəqəsindən keçərkən onlara heç bir problem yaradılmayıb. Mikrofon uzadılan ermənilərin hər biri bu faktı təsdiqləyib. (Oxu.az)

 Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO