Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

Hazırda oxunan: Baş katib: “Azərbaycan-AQEM əməkdaşlığı media sahəsində dialoqun inkişafına töhfə verir”

639792

“Prezident İlham Əliyevə minnətdarlığımı bildirirəm. Onun geniş baxışı və strateji düşüncəsi nəticəsində biz beynəlxalq əməkdaşlığı media sahəsində dialoq müstəvisinə qaldırmışıq”.

Bizim.Media xəbər verir ki, bunu AQEM-in Baş katibi Kayrat Sarıbay oktyabrın 1-də Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumunda çıxışı zamanı deyib.

O bildirib ki, qarşılıqlı anlaşma və etimad olduqca vacib məsələlərdir:

“Biz müntəzəm olaraq bir araya gəlirik və bu səpkidə ünsiyyət sayəsində Azərbaycanın AQEM-də bağlantı və rəqəmsallaşma sahələrinə verdiyi töhfələri, eləcə də ölkənin təşkilata sədrliyi dövründə əldə olunan nəticələri bariz şəkildə görürük”.

Baş katib qeyd edib ki, geosiyasi gərginlik, iqlim məsələləri və iqtisadiyyat üzərindəki təzyiqlər fonunda belə bir forumun keçirilməsi olduqca vacibdir. Çünki bu cür tədbirlər anlaşmaya yol açan və onu təmin edən körpülər quracaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO