Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

Hazırda oxunan: Fərhad Məmmədov: “Geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur”

639785

Azərbaycanın geosiyasi kimliyinə nəzər salsanız, görəcəksiniz ki, Azərbaycan müxtəlif qitələri birləşdirən vacib bir coğrafi məkanda yerləşir.

Bizim.Media xəbər verir ki, bunu Beynəlxalq Münasibətlərin Təhlili və Multikulturalizm Mərkəzinin İdarə Heyətinin sədr müavini Fərhad Məmmədov oktyabrın 1-də Bakıda keçirilən “Qütbləşmiş dünyada media vasitəsilə etimadın qurulması” mövzusunda Media Forumu çərçivəsində təşkil olunan panel iclasda deyib.

O bildirib ki, beynəlxalq təhlükəsizlik sahəsində baş verən böhranlar hadisələrin proqnozlaşdırılmasını daha da çətinləşdirir.

Ona görə də regional səviyyəli məsələlərin əhəmiyyəti getdikcə artır. Bu gün dünyada müharibələrin, eləcə də həll olunmamış münaqişələrin sayının artığını müşahidə edirik. Regionlarda hərbi gərginliyin artması halları ilə üzləşirik və indiyədək görünməmiş sayda münaqişələrin şahidi oluruq.

F.Məmmədov qeyd edib ki, geosiyasi güc mərkəzləri artıq bir-biri ilə toqquşur. Belə bir şəraitdə regionlar və ya ayrı-ayrı ölkələr regional təşkilatlara daha ciddi təsir göstərmək imkanı əldə edirlər.

Onların məqsədi isə mövcud olduqları regionda vəziyyətin və ümumi mühitin daha proqnozlaşdırıla bilən məcraya yönəldilməsidir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO