Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması

Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması

Hazırda oxunan: Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması
639626
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Ötən gün sosial şəbəkələrdə Bakıda avtomobilin qarşısında yıxılan şəxsin görüntüləri yayılıb. Onun sürücünü şantaj etmək üçün belə addım atdığı iddia olunub.

Lakin görüntülərdəki gəncin qardaşı Cavid Kazımov Bizim.Media-ya müraciət edərək bu iddiaların reallığı əks etdirmədiyini bildirib.

Onun sözlərinə görə, qardaşı, 24 yaşlı Hüseyn Kazımov uşaqlıqdan serebral iflic xəstəliyindən əziyyət çəkir:

“Qardaşım Türkiyədə ali təhsil alıb və hazırda işləyərək öz gəlirini qazanır. Sadəcə, serebral iflici var. Bədənində qıcıqlanma, spazm olur. Avtomobil qarşısında qəfil dayandığına görə onu iflic tutub və yıxılıb. Şəhərin mərkəzində, kameranın altında heç kim boş yerə uzanmaz”.
 

H.Kazımovun qardaşı qeyd edir ki, hadisə zamanı da o, avtomobilin sürücüsünə narahat olmamasını, bunun onun xəstəliyi ilə bağlı olduğunu deyib. Daha sonra ayağa qalxaraq ərazidən uzaqlaşıb.


Qardaşı Hüseyn Kazımovun daha əvvəl də yıxılaraq ciddi xəsarət aldığını bildirib. Belə ki, ötən ilin avqustunda o yıxılaraq kəllə-beyin travması alıb və bir müddət xəstəxanada müalicə olunub.



Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması - foto 1
Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması - foto 2
Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması - foto 3
Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması - foto 4
Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması - foto 5
Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması - foto 6
Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması - foto 7
Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması - foto 8
Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması - foto 9
Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması - foto 10
Avtomobilin qarşısında yıxılan gənc serebral iflic xəstəsidir: qardaşının açıqlaması - foto 11


Xədicə Paşayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO