Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

Hazırda oxunan: Oktyabrın ilk gününə olan HAVA PROQNOZU

639602

Oktyabrın 1-də gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Bizim.Media-ya verilən məlumata əsasən Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli az yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 16-19° isti, gündüz 23-26° isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 60-65 %, gündüz 50-55 % təşkil edəcək.

Azərbaycanın səhər şimal və qərb rayonlarından başlayarq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 15-18° isti, gündüz 24-28° isti, dağlarda gecə 7-12° isti, gündüz 16-21° isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO