Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

Hazırda oxunan: Bu il qeyri-çimərlik ərazilərdə 64 nəfər suda boğulub

639357

Bu il sentyabrın 15-dək qeyri-çimərlik ərazilərində FHN-in xilasetmə qurumları tərəfindən ümumilikdə 64 nəfərin meyiti suda tapılaraq çıxarılıb.

Bizim.Media  xəbər verir ki, bunu Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin İctimaiyyətlə əlaqələr və təbliğat şöbəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Akşin Əlili çimərlik mövsümünün başa çatması ilə bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, qeyd edilən rəqəm ötən ilin analoji dövründə 85 olub, bu isə təxminən 25 faiz azalma deməkdir.

Məlumata görə, çimərlik mövsümü ərzində FHN-in nəzarət etdiyi ərazilərdə ölüm faktı qeydə alınmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO