Rusiyada yaşayan soydaşlarımızın Azərbaycanla əlaqə qurmaq imkanları məhdudlaşacaq? - AÇIQLAMA

Hazırda oxunan: Rusiyada yaşayan soydaşlarımızın Azərbaycanla əlaqə qurmaq imkanları məhdudlaşacaq? - AÇIQLAMA

63886

“Cogent Communications” internet provayderinin fəaliyyətini dayandırmasından sonra “Lumen” də Rusiyadakı şəbəkəsinin işinə son verib. Belə ki, müasir dünya üçün ən qorxulu hədələrdən biri olan texnoloji sanksiyaların fəsadı artmaqdadır.

Bizim.Media xəbər verir ki, xüsusən Rusiyanın iki ən böyük telekommunikasiya şirkətinin işini dayandırması Rusiyada yaşayan azərbaycanlılara da əhəmiyyətli təsir edəcək.

Rusiyada telekommunikasiya şirkətlərin ard-arda fəaliyyətini dayandırması orada yaşayan soydaşlarımızla aramızda nə kimi problemlərə yaradacaq yol açacaq?

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz güman edir ki, bu məsələ hər halda soydaşlarımıza təsirsiz ötüşməyəcək.

“Rusiya internetində yaranan problemlər Rusiyanın internet resurslarına ciddi təsir edəcək. Beləliklə, Azərbaycan ərazisində o internet resursları açılmayacaq”.

Osman Gündüzün sözlərinə görə, həmyerlilərimizlə yaşaya biləcəyimiz ünsiyyət problemlərindən başqa onlayn mühitdə müəyyən çətinliklər də gözləniləndir:

“Bu təkcə telefon rabitəsində deyil, bank sektorunun da işinə təsir edəcək və getdikcə bu problemlərin miqyasi böyüyəcək”, - deyə Osman Gündüz fikrini tamamlayıb..

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO