Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat verir ki, işğaldan azad edilmiş Laçın rayonunun Fingə kəndi ərazisində 2026-cı il 25 sentyabr tarixində mina partlayışı hadisəsi baş verib.
Bizim.Media Report-a istinadən xəbər verir ki, Ağcabədi rayon sakini 1992-ci il təvəllüdlü Quliyev Ülfət Saday oğlunun minalardan təmizlənməmiş ərazidə idarə etdiyi traktor minaya düşüb. Hadisə zamanı xəsarət alan olmayıb.
Faktla bağlı Laçın rayon prokurorluğunda araşdırma aparılır.
ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırır!
Bizim.Media

- A-
- A
- A+
Cəmiyyət
11:52 / 26.09.2026
Laçında traktor minaya düşüb
Hazırda oxunan: Laçında traktor minaya düşüb
Hazırda oxunan: Laçında traktor minaya düşüb
638842
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
































































































