Bakı metrosunda kişi qatar yoluna TULLANDI

Bakı metrosunda kişi qatar yoluna TULLANDI

Hazırda oxunan: Bakı metrosunda kişi qatar yoluna TULLANDI

638775

25 sentyabr saat 17:53-də Bakı metropoliteninin “Memar Əcəmi” – “20 Yanvar” mənzilində sərnişin (kişi) qatar yoluna tullanıb.

Bizim.Media xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib.

“Hadisə ilə əlaqədar dərhal yolun təmas relsindən gərginlik çıxarılıb. Sərnişin təlimata uyğun qatar yolundan çıxarılaraq polis əməkdaşlarına təhvil verilib. 13 dəqiqə sonra, saat 18:06-da gərginlik bərpa olunub. Hazırda hadisə ilə bağlı araşdırma aparılır. Hadisə baş verən Yaşıl xətt üzrə qatarların hərəkət intervalında hazırda hər hansı yubanma müşahidə olunmur”, - deyə qeyd edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO