Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradıldı – FOTO

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradıldı – FOTO

Hazırda oxunan: Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradıldı – FOTO
638340
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyası çərçivəsində Mərkəzi Afrika Respublikasının xarici işlər, Frankofoniya və Xaricdəki Mərkəzi Afrikalılar üzrə naziri Silvi Baipo-Temon ilə görüşüb.

Bizim.Media xəbər verir ki, bu barədə xarici işlər naziri Ceyhun Bayramov “X” hesabında məlumat verib.

O bildirib ki, görüş zamanı Azərbaycan ilə Mərkəzi Afrika Respublikası arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
 

Nazir qeyd edib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin gücləndirilməsinə strateji əhəmiyyət verir. Görüşdə siyasi, iqtisadi, mədəni, təhsil və elmi sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.


Tərəflər, həmçinin BMT, Afrika İttifaqı və digər çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Ceyhun Bayramov bildirib ki, Mərkəzi Afrika Respublikasından olan tələbələr İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv ölkələrin vətəndaşları üçün Azərbaycanın təsis etdiyi təhsil təqaüd proqramlarından yararlanıblar.

Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradıldı – FOTO - foto 1
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradıldı – FOTO - foto 2
Azərbaycan və Mərkəzi Afrika Respublikası arasında diplomatik əlaqələr yaradıldı – FOTO - foto 3


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO