Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - FOTO

Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - FOTO

Hazırda oxunan: Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - FOTO
638026
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Azərbaycanın Sankt-Peterburqdakı sabiq Baş konsulu Sultan Qasımovun məhkəməsi ikinci dəfə təxirə salınıb.

Bizim.Media xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçirilməli idi.

Lakin külli miqdarda dələduzluqda ittiham olunan Sultan Qasımovun vəkili prosesə gəlməyib. O, müdafiəçisinin Gəncə və Şamaxıda başqa işləri olduğu üçün ora getdiyini deyib.

Hakim Firdovsi Əliyev və prokuror Rauf Malışov buna sərt reaksiya verib, işi süni uzatmaq adlandırıblar.

Bundan əvvəlki proses də elə təqsirləndirilən şəxsin ittiham aktını almamasına görə keçirilməmişdi.

Vəkilin iştirakı olmadığı üçün proses 30 sentyabra kimi təxirə salınıb.

Qeyd edək ki, polkovnik rütbəli S.Qasımov 2009-2024-cü illərdə Azərbaycanın Rusiya Federasiyasının Yekaterinburq və Sankt-Peterburq şəhərlərində Baş konsulu işləyib.

O, iki nəfərə dələduzluq yolu ilə 200 min manat ziyan vurmaqda təqsirləndirilir. Hazırda həbsdə deyil, barəsində alternativ qətimkan tədbiri seçilib.

S.Qasımov Azərbaycan Prezidentinin keçmiş mətbuat katibi Azər Qasımovun qardaşıdır. (Qafqazinfo.az)

Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - FOTO - foto 1
Azər Qasımovun qardaşının işi yenə təxirə düşdü - FOTO - foto 2

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO