Bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti işləri yekunlaşacaq - VİDEO

Bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti işləri yekunlaşacaq - VİDEO

Hazırda oxunan: Bu ilin sonunadək Füzuli rayonunun iki kəndində tikinti işləri yekunlaşacaq - VİDEO

637712

Füzuli rayonunda iki kənddə bərpa-quruculuq işləri davam etdirilir.

Bizim.Media xəbər verir ki, bunu jurnalistlərə açıqlaması zamanı Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov deyib.

Onun sözlərinə görə, ikinci “ağıllı kənd” layihəsi olan Dövlətyarlı kəndində 450 ailənin məskunlaşması üçün nəzərdə tutulan bərpa və tikinti işləri tam sürətlə aparılır.

“Eyni zamanda Pirəhmədli kəndində də ilkin mərhələdə 146 ailənin köçürülməsi üçün zəruri bərpa-quruculuq işləri həyata keçirilir. Hədəfimiz bu ilin sonunadək hər iki kənddə tikinti və bərpa işlərini yekunlaşdırmaq, daha sonra isə vətəndaşlarımızın köçünə başlamaqdır. Beləliklə, Böyük Qayıdış bu kəndləri də əhatə edəcək”, – deyə o vurğulayıb.



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO