"Məni iki dəfə vurdu, sonra boğdu" - Dəhşətli yanğından əvvəl nə baş verib? - VİDEO

"Məni iki dəfə vurdu, sonra boğdu" - Dəhşətli yanğından əvvəl nə baş verib? - VİDEO

Hazırda oxunan: "Məni iki dəfə vurdu, sonra boğdu" - Dəhşətli yanğından əvvəl nə baş verib? - VİDEO

637105

Şəmkir rayonunun Xuluf kəndində baş verən yanğın hadisəsinin təfərrüatı məlum olub. 

Bizim.Media "Xəzər" TV-yə istinadla xəbər verir ki, ailədə tez-tez mübahisələr yaranırmış.

Ev sahibi Nəzakət İsmayılova iddia edir ki, oğlu Rauf Vəliyev onunla mübahisə edir və ona fiziki təzyiq göstərirmiş: 

"Mənə hədə-qorxu gəldi. Mən də küçəyə çıxdım. Qonşunun evinin yanına çatanda gəlib məni iki dəfə vurdu, sonra boğdu. Dedim ki, "məni niyə döyürsən?". Qışqırıb girdim qonşunun evinə. Biz də polisə müraciət elədik. Sonra xəbər çatdı ki, evi yandırıb".

Qeyd edək ki, hadisə ilə bağlı Şəmkir Rayon Polis Şöbəsində ekspertiza təyin olunmaqla aidiyyəti üzrə araşdırmalar aparılır. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Daha ətraflı videoda:

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO