Hafiz Həsənova 8 il həbs cəzası verilib:

Hafiz Həsənova 8 il həbs cəzası verilib: "QHT işi" üzrə məhkəmə prosesi yekunlaşıb

Hazırda oxunan: Hafiz Həsənova 8 il həbs cəzası verilib: "QHT işi" üzrə məhkəmə prosesi yekunlaşıb
636938
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

"QHT işi" üzrə ittiham olunan "Hüquq və İnkişaf" İctimai Birliyinin rəhbəri Hafiz Həsənovun barəsindəki cinayət işinə dair məhkəmə prosesi yekunlaşıb.

Bizim.Media xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Eldar İsmayılovun sədrlik etdiyi son iclasda hökm oxunub, H.Həsənov 2 il müddətinə dövlət və yerli özünü idarəetmə orqanlarında maddi-məsul vəzifə tutmaq hüququndan məhrum edilməklə 8 il azadlıqdan məhrum edilib.

Onun cəzası Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq edilməklə 3 il sınaq müddəti seçilməklə şərti hesab olunub.

Barəsində mövcud olan polis nəzarəti altına vermə qətimkan tədbiri başqa yerə getməmək iltizam qətimkan tədbiri ilə əvəzlənib.

İttihama görə, təqsirləndirilən Hafiz Həsənov rəhbərlik etdiyi QHT-də layihələr keçirmək adı ilə ABŞ-nin German Marşal Fondundan ümumilikdə 415 min dollardan artıq pul vəsaitini qrant qismində alaraq leqallaşdırıb.

O, elan olunan ittihamla bağlı özünü təqsirli bilməyib.

Qeyd edək ki, Hafiz Həsənov Cinayət Məcəlləsinin 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş xeyli miqdarda əmlakı leqallaşdırma), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə mühakimə olunub. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO