Həkim Eduard Estivill: bir neçə gün yuxusuz qalmaq həyat üçün ciddi təhlükə yaradır

Həkim Eduard Estivill: bir neçə gün yuxusuz qalmaq həyat üçün ciddi təhlükə yaradır

Hazırda oxunan: Həkim Eduard Estivill: bir neçə gün yuxusuz qalmaq həyat üçün ciddi təhlükə yaradır
636736
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir neçə gün yuxusuz qalmaq insan həyatı üçün ciddi təhlükə yarada bilər.

Bizim.Media “El Confidencial” nəşrinə istinadən xəbər verir ki, bu barədə həkim Eduard Estivill xəbərdarlıq edib.

Həkimin sözlərinə görə, cəmi bir gecə yuxusuz qalmaq yorğunluq, əsəbilik və diqqətin cəmlənməsində çətinlik yaradır. 48-72 saat sonra isə vəziyyət daha da ağırlaşır. İnsanda orientasiya pozğunluğu, emosional qeyri-sabitlik və məntiqi düşüncədə problemlər ortaya çıxa bilər.

Bəzi hallarda hallüsinasiyalar və insanın özü hiss etmədən bir neçə saniyəlik huşunun sönməsi də müşahidə olunur. Belə vəziyyətdə insan özünü hələ də ayıq hesab edə bilər.

Estivill bildirib ki, kəskin yuxu çatışmazlığı orqanizmin müxtəlif sistemlərinin fəaliyyətini pozur. Xüsusilə böyrək çatışmazlığı riskinin artması və koqnitiv qabiliyyətlərin tədricən zəifləməsi təhlükəlidir.

Həkim “İnsan yatmasa, ölə bilərmi?” sualına isə “bəli” cavabını verib.(publika.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO