Ramiz Mehdiyevin işində Eldar Namazov və Sərdar Cəlaloğlu şahid qismində dindirilib

Ramiz Mehdiyevin işində Eldar Namazov və Sərdar Cəlaloğlu şahid qismində dindirilib

Hazırda oxunan: Ramiz Mehdiyevin işində Eldar Namazov və Sərdar Cəlaloğlu şahid qismində dindirilib
636707
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev və onun keçmiş köməkçisi Eldar Əmirovun cinayət işinin məhkəməyə göndərilməsi barədə məlumat vermişdik.

Bizim.Media “Gununsesi.info”ya istinadən xəbər verir ki, cinayət işinin istintaqı zamanı şahid qismində dindirilən şəxslərin kimliyi məlum olub.

Belə ki, Ramiz Mehdiyevin Prezident Administrasiyasına rəhbərlik etdiyi dövrdə Prezident katibliyinin rəisi olmuş, politoloq Eldar Namazov, Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu və “Bakı Stil Company” zavodunun sahibi Rasim Məmmədov istintaq çərçivəsində şahid qismində dindirilib.

Məlumata görə, həmin şəxslərin məhkəmə prosesində də şahid qismində ifadə verməsi gözlənilir.

Bu işlə bağlı diqqətiçəkən daha bir məqam isə “Ramiz Mehdiyev işi” çərçivəsində həbs edilən AXCP sədri Əli Kərimli ilə bağlıdır.

Belə ki, Əli Kərimlinin cinayət işi sabiq PA rəhbərinin işindən ayrılsa da, lakin onun adı Mehdiyevin ittiham aktında şahid qismində keçir.

İstintaqa ifadə verməkdən imtina edən Əli Kərimlinin Mehdiyevin mühakiməsi zamanı dindirilib-dindirilməməsinə isə məhkəmə qərar verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün
Dünən

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO