Ağdərədə mina partlayışı – Xəsarət alan var

Ağdərədə mina partlayışı – Xəsarət alan var

Hazırda oxunan: Ağdərədə mina partlayışı – Xəsarət alan var

636017

İşğaldan azad edilmiş Ağdərə rayonunun Papravənd kəndi ərazisində sentyabrın 10-da mina partlayışı hadisəsi baş verib.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi, Baş Prokurorluğu və Minatəmizləmə Agentliyinin (ANAMA) Mətbuat Xidmətləri məlumat yayıb.
 

Hadisə nəticəsində Tərtər rayon sakini 2005-ci il təvəllüdlü Rüstəmzadə Sərxan Bəxtiyar oğlu minalardan təmizlənməmiş ərazidə atla hərəkət edərkən at piyada əleyhinə minaya düşüb. Hadisə zamanı Rüstəmzadə Sərxan yüngül xəsarət alıb.


Vətəndaş ANAMA əməkdaşları tərəfindən təhlükəli ərazidən təxliyə edilib.

Faktla bağlı Tərtər rayon prokurorluğunda araşdırma aparılır.

ANAMA, AR DİN və Baş Prokurorluq bir daha vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, şübhəli əşyalara toxunmamağa, bələd olmadıqları ərazilərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan ərazilərə müdaxilə etməməyə çağırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO