ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

Hazırda oxunan: ABŞ-yə köçmək istəyənlərə şad xəbər: Qadağa ləğv edildi

632525

ABŞ Federal Məhkəməsi Vaşinqton administrasiyasının Azərbaycan, Ermənistan, Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Gürcüstan və Moldova da daxil olmaqla 75 ölkədən olan müraciət edənlərə immiqrant vizalarının verilməsini dayandırmaq barədə əvvəlki qərarını qanunsuz hesab edib.

Bizim.Media "Reuters"ə istinadla xəbər verir ki, bu barədə Nyu-York Cənub Dairəsi Federal Məhkəməsinin bəyanatında deyilir.

"Məhkəmənin qərarı qeyd olunan 75 ölkədən müraciət edənlərə immiqrant vizalarının verilməsini tamamilə dayandırmaq siyasətini ləğv etməlidir, çünki bu, qanuna ziddir və səlahiyyətlərdən sui-istifadədir", - bəyanatda deyilir.

Xatırladaq ki, Dövlət Departamenti məhdudiyyətləri yanvarda tətbiq edib.

Rəsmilər öz haqqlarında siyahıya daxil olan ölkələrdən olan şəxslərin hökumət üçün maliyyə yükü olma və ABŞ-də sosial yardım alma ehtimalının yüksək olduğunu iddia ediblər. Qərar yalnız ABŞ-yə daimi giriş üçün nəzərdə tutulmuş immiqrant vizalarına təsir edib və turist və ya digər müvəqqəti vizalara şamil olunmayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO