Hava limanında saxlanılıb həbs edilən

Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı

Hazırda oxunan: Hava limanında saxlanılıb həbs edilən "By Ella" azadlığa buraxıldı
632120
Xəbərləri Google-da birbaşa bizim.media-dan alın Google-da bizim.media-ya abunə ol Google axtarışında bizim.media-nı seçilmiş mənbə kimi əlavə edin Abunə ol

Bir müddət öncə həbs edilən "By Ella" ləqəbli bloqer Lalə Məmmədova azadlığa buraxılıb.

Bizim.Media "Unikal.az"a istinadən xəbər verir ki, Lalə Məmmədovaya qarşı irəli sürülən ittiham üzrə onun təqsiri sübuta yetirilmədiyindən barəsində aparılan cinayət işinə istintaq orqanı tərəfindən xitam verilib. Bununla da bloqer azadlığa buraxılıb.

Xatırladaq ki, Lalə Məmmədova iyulun sonunda hava limanında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb.

Daha sonra Səbail Rayon Məhkəməsində keçirilən prosesdə Lalə Məmmədova barəsində üç ay müddətinə həbs-qətimkan tədbiri seçilib.

Ona qarşı Cinayət Məcəlləsinin 206.2-ci (qaçaqmalçılıq yolu ilə narkotik vasitələrin gömrük nəzarətindən kənar və ya ondan gizli keçirilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Bizim.media tətbiqi
Xəbərləri tətbiqdə oxuyun
Bizim.media tətbiqini yükləyin, son xəbərlər bildirişlə telefonunuzda olsun.
YükləApp Store YükləGoogle Play

XƏBƏR LENTİ

Bugün

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO