Külək nə vaxt zəifləyəcək? –PROQNOZ

Külək nə vaxt zəifləyəcək? –PROQNOZ

Hazırda oxunan: Külək nə vaxt zəifləyəcək? –PROQNOZ

632117

Hazırda Bakıda və Abşeron yarımadasında əsən arabir güclənən şimal-qərb küləyi sabah axşam saatlarından tədricən zəifləyəcək.

Bizim.Media xəbər verir ki, bu barədə AZƏRTAC-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova məlumat verib. O bildirib ki, avqustun 22-si gündüz şimal-qərb küləyi cənub-şərq küləyi ilə əvəzlənəcək.
 

Gülşad Məmmədova, həmçinin deyib ki, avqustun 21-də və 22-də Bakıda və Abşeron yarımadasında yağmursuz hava şəraiti müşahidə olunacaq. Havanın maksimal temperaturunun 30-35 dərəcə isti olacağı gözlənilir.


Direktor vurğulayıb ki, bölgələrdə avqustun 21-də arabir yağıntılı hava şəraiti müşahidə olunacaq. Bəzi yerlərdə yağışın qısamüddətli, leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

Ayın 21-i gündüz saatlarında yağıntılar tədricən kəsiləcək, 22-də əsasən yağmursuz hava şəraiti müşahidə olunacaq. Mülayim şərq küləyi əsəcək. Havanın maksimal temperaturu Aran rayonlarında 33-38, dağlıq ərazilərdə 20-25 dərəcə isti olacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO