Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

Hazırda oxunan: Naxçıvanda işıqlar sönəcək: Ünvanlar

632012

Avqustun 20-də 110/35/10 kV-luq “Xalçaçılıq” yarımstansiyasında “AzərEnerji” ASC-nin “Naxçıvan Enerji” MMC-si tərəfindən aparılan yenidənqurma işləri ilə əlaqədar 1, 9, 13, 16, 19, 25, 33 və “Xalçaçılıq” 10 kV-luq hava elektrik verilişi xətlərində elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.

Bizim.Media xəbər verir ki, “Azərişıq” ASC-nin Naxçıvan Regional Enerji Təchizatı və Satışı İdarəsindən (RETSİ) verilən məlumata görə, bununla əlaqədar, avqustun 20-də saat 03:30-dan 04:30-dək Naxçıvan şəhərinin Heydər Əliyev prospekti 46 ünvanında, İstiqlal küçəsində yerləşən 103, 111, 113, 115, 117 və 129 nömrəli yaşayış binalarında, Abbasqulubəy Şadlinski, Nizami Gəncəvi, İlqar Ələkbərov, Səməd Vurğun, Xətai və Vüqar Abbasov küçələrində, 54, 56, 59, 60 və 61-ci məhəllələrdə, Əcəmi məhəlləsində və Əliabad qəsəbəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO