Bakıdan Rusiyaya birbaşa uçuşlar LƏĞV EDİLDİ? – Rəsmi açıqlama

Hazırda oxunan: Bakıdan Rusiyaya birbaşa uçuşlar LƏĞV EDİLDİ? – Rəsmi açıqlama

63122

Rusiyanın "S7" aviaşirkəti ölkədən bir sıra müntəzəm beynəlxalq uçuşları ləğv edib. Həmçinin MDB ölkələrinə də reyslərə məhdudiyyətlərin qoyulduğu bildirilib. Bu barədə Rusiya mənbələrində bildirilib. 

Əlavə olaraq sosil şəbəkələrdə yayılan digər məlumatlara görə Heydər Əliyev Beynəlxalq Hava Limanı (AZAL), eləcə də "Buta Airways"dən Moskvaya uçuşların dayandırıldığı qeyd olunub. 

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlamasında AZAL-ın mətbuat katibi Paşa Kəsəmənski məlumatın həqiqətəuyğun olmadığını deyib.

AZAL və “Buta Airways"dən Rusiyaya uçuşların həyata keçirildiyini deyən Paşa Kəsəmənski Rusiya aviaşirkətlərinin qərarından xəbəri olmadığını bildirib.
Xatırladaq ki, ötən gün "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) aşağıbüdcəli törəməsi “Buta Airways” Rusiyanın cənubunda hava məkanından istifadədə müvəqqəti rejimin yaradılması ilə əlaqədar bu günə planlaşdırılan Bakı-Həştərxan-Bakı reysini ləğv edib.

Alçina Amilqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO